Yardım mərkəzi
İstifadə Qaydaları

ForGamer clubun daxili xidmətlərinin göstərilməsinə aid müqavilə.

Bu Müqavilə ForGamer və Müştəri arasında bağlanılır.

Müştəri ForGamer cluba üzv (qeydiyyat) olarkən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Müqavilənin bağlanılması üçün öz razılığını bildirmiş olur.

Əsas anlayışlar

Müştəri - ForGamer clubda göstərilən xidmətlərdən istifadə edən fiziki şəxs. Siz ForGamer cluba üzv (qeydiyyat) olduğunuz andan etibarən Müştəri hesab edilirsiniz.

Müqavilə - ForGamer club və Müştəri arasında xidmətlərinin göstərilməsinə dair bağlanılan bu Müqavilə.

Ödəniş hesabı - ForGamer clubda müştərilər üçün tərtib olunmuş proqram təminatında mövcud olan vaxt paketləri, yemək, içki və bu kimi yalnız ForGamer club daxilindən kənar olmayan xidmətlərin göstərilməsi zamanı Müştəriyə açdığı hesab.

Ödəniş sistemi təchizatçısı - ForGamer cluba aid olan Ödəniş hesabına vəsaitin mədaxil edilməsi, köçürülməsi və ya məxaric edilməsi xidmətini göstərən, iş görən fərdi sahibkar və ya hüquqi şəxs

Ödəniş əməliyyatı - ForGamer cluba aid olan Ödəniş hesabına vəsaitin mədaxil edilməsi, köçürülməsi və ya məxaric edilməsi

1. Müqavilənin predmetləri

1.1. Bu Müqavilə ForGamer clubun kompüterlərindən istifadəni, club daxili yemək, içki və aksessuar icarəsini, ödəniş hesabının açılması və bağlanılması qaydalarını, elektron vəsatin istifadəsini və qalıq pulun geri qaytarılması xidmətlərini və funksionallıqlardan istifadəni tənzimləyir.

2. Qəbul Olunan Ödəniş Metodları

2.1. Nağd, Debit/Credit Card (Visa, MasterCard)

3. Ödəniş hesabı

3.1. Ödəniş hesabı ForGamer club daxilində olan kompüter istifadəsi, yemək, içki və aksessuar icarəsi üçün istifadə oluna bilər.

3.2. Ödəniş hesabındakı vəsait ForGamer clubdan kənar digər xidmətlərin göstərilməsində istifadə oluna bilməz, texniki olaraq proqram təminatında bloklaşdırılb və yolverilməzdir.

3.3. ForGamer club əməkdaşları Müştəridən Ödəniş hesabı açılarkən eyniləşdirilməsini və verifikasiyasını tələb edə bilər.

3.4. Ödəniş hesabındakı Müştərinin pul vəsaitlərinin təhlükəsizliyinə təminat vermək ForGamer clubun vəzifəsidir və bu məqsədlə o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə icazə verilən istənilən təhlükəsizlik üsulunu seçə bilər.

3.5. Müştəri ödəniş hesabına nağd, ödəniş kartları, ödəniş terminalları və ya digər üsullarla mədaxil edə bilər. Ödəniş hesabının balansının artırılması üçün ödəniş üsulları forgamer.az saytında yerləşdirilir.

3.6. Ödəniş hesabında son 6 ayda heç bir əməliyyat edilməmişsə hesab və üzvlüyünüz dayandırıla bilər.

4. Hesaba aid Ödəniş əməliyyatı

4.1. Ödəniş hesabındakı vəsait Müştəriyə məxsusdur və hesabdakı qalıq pulu məxaric etmə hüququna malikdir.

4.2. Aşağıdakı hallarda Müştərinin ödəniş hesabını və həyata keçirdiyi ödəniş əməliyyatlarını bloklaşdıra bilər:

  1. Müştəri bu Müqaviləni pozduqda;
  2. Təhlükəsizliyin təmin edilməsi məqsədiylə müvəqqəti çətinlik yarandıqda;
  3. Müştərinin öz istəyi ilə;

5. Məsuliyyət

5.1. Müştəri Ödəniş hesabına vəsait mədaxil edərkən yaranmış texniki nasazlığa görə ForGamer club məsuliyyət daşıyır. 15 gün ərzində istisna hallarda 30 gün ərzində ForGamer club, Ödəniş sistemi təchizatçısı ilə birgə baş vermiş nasazlığı aradan qaldırmalı, vəsaiti Ödəniş hesabına əlavə etməli və ya müştərinin istəyinə uyğun olaraq özünə qaytarmalıdır.

5.2. Müştəri ForGamer club daxilində olan kompüter, aksessuar və digər bütün avadanlıq və əşyalara vurduğu zərərlərə görə məsuliyyət daşıyır və öz aralarında razılaşma əldə edə bilərlər. Tərəflərdən biri narazı olduğu halda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

6. Müqavilənin müddəti və ləğvi

6.1. Müqaviləyə aşağıdakı hallarda xitam verilir:

  1. ForGamer club tərəfindən birtərəfli qaydada - 3 gün öncədən məlumat verməklə;
  2. Müştəri tərəfindən birtərəfli qaydada - ForGamer club əməkdaşlarına məlumat verməklə;
  3. Bu müqavilənin 4-cü maddəsində nəzərdə tutulmuş müvafiq bəndlərinə əsasən;

7. Tətbiq edilən hüquq və mübahisələrin həlli

7.1. Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və Tərəflər arasında yaranan bütün mübahisələr öz aralarında razılaşdırılmadığı təqdirdə Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələrində həll edilir.

7.2. Müştəri ForGamer clubun razılığı olmadan Müqavilə üzrə hüquq və öhdəliklərini üçüncü şəxsə ötürə bilməz. ForGamer club bu Müqavilə üzrə hüquq və öhdəliklərini üçüncü şəxslərə ötürə bilər.

7.3. Müştəri baş vermiş çətinliklə bağlı ForGamer cluba müraciəti 15 (on beş) iş günü ərzində istisna hallarda 30 iş günü ərzində baxılıb cavablandırılmalıdır.

Məxfilik siyasəti

Fərdi məlumatlarınızın mülkiyyətçisi kimi biz proqram təminatı, internet səhifələrimiz və digər məhsullarımız vasitəsilə sizin haqqınızda məlumatlar toplayırıq. Haqqınızda topladığımız fərdi məlumatların kateqoriyaları aşağıdakı kimidir:

  • Ad, soyad
  • Doğum tarixi
  • Telefon, kompüter və ya digər cihazınızın IP ünvanı;
  • Cihazınızın markası, əməliyyat sisteminin növü, brauzer və digər məlumatları; Real vaxt rejimində geolokasiya məlumatları;
  • İstifadə məlumatları. Məhsullarımız üzrə sizin hərəkətləriniz və məhsullarımızdan istifadə barədə digər məlumatlar, bununla məhdudlaşmamaq şərtilə veb tarixçəsi, axtarış tarixçəsi, diaqnostik məlumatlar və s.
  • Elektron poçt ünvanı;
  • Telefon nömrəsi;
  • Kukilər
Kart məlumatları

Ödəniş zamanı qeyd etdiyiniz kart məlumatları ForGamer club sistemi tərəfindən izlənilmir və yaddaşda saxlanılmır.

Kukilər

İnternet səhifələrimizə daxil olarkən biz sizdən “kukilər” adlanan fərdi məlumatları toplaya bilərik.Həmin məlumatları işləmək, cihazınızı müəyyən etmək və sizi fərdiləşdirməkdə əsas məqsədimiz davranışınızı analiz etməkdir.

Məlumatlarınızı necə toplayırıq?

Bizdə olan fərdi məlumatlarınız sizin və ya bizim birbaşa olaraq topladığımız məlumatlardan ibarətdir.Bu bölmədə sizi fərdi məlumatlarınızı necə topladığımızla bağlı məlumatlandırırıq.

  • Birbaşa olaraq sizdən topladığımız məlumatlar. Bu məlumatlar, əsasən, sizin cihazınız barədə topladığımız məlumatlar, həmçinin proqram təminatı və məhsullarımızdan istifadəniz nəticəsində əldə etdiyimiz məlumatlardan ibarətdir.
  • Bizə təqdim etdiyiniz məlumatlar. Ən çox işlədiyimiz məlumatlar bu kateqoriyadan olan məlumatlardır. Bu cür məlumatlara ad, soyad, doğum tarixi, mobil nömrə məlumatları və digər məlumatlar daxildir.

Məlumatlarınızı hansı məqsədlər üçün toplayırıq?

Fərdi məlumatlarınızı əvvəlcədən sizə bəyan etdiyimiz məqsədlər üçün toplayır və işləyirik. Həmin məqsədlər aşağıdakılardan ibarətdir:

  • Sizə xidmət göstərmək. Bizdən sifariş etdiyiniz xidmətləri göstərə bilməyimiz üçün fərdi məlumatlarınızı işləməliyik. Məsələn, ödəniş hesabı aça bilməyiniz üçün biz sizin ad, soyad, telefon nömrəsi, və sair məlumatlarınızı işləməli oluruq.
  • Müştəri davranışının qiymətləndirilməsi. Biz məhsullarımızı və platformalarımızı tələblərə uyğun qurmaq üçün müştəri davranışını ölçməli ola bilərik. Bu, bizə xidmətlərimizi təkmilləşdirməkdə və sizə ən uyğun məhsulları təklif etməkdə kömək edə bilər.
  • Marketinq. Sizə bizim və tərəfdaşlarımızın göstərdiyi xidmətləri təklif edə bilmək üçün fərdi məlumatlarınızı işləyirik. Məsələn, sizə maraqlı ola biləcək məhsullarımızı, kampaniya və vaxt təkliflərini sizə təqdim etmək üçün məlumatlarınızı işləyə bilərik.

Məlumatlarınızı hansı müddətə saxlayırıq

Məlumatlarınızı qeyri-müəyyən, lakin bu Məxfilik siyasətində müəyyən edilmiş məqsədlərin həyata keçirilməsi üçün lazım olan müddətdə saxlayırıq. Bu Məxfilik siyasətinə uyğun olaraq məlumatlarınızı işləmək zərurəti olmadıqda, biz məlumatları məhv edəcəyik və onların surətlərini siləcəyik.

Bizimlə əlaqə

Məlumatlarınızın işlənilməsi ilə bağlı hər hansı sualınız olarsa, Filiallarımız bölməsində müvafiq əlaqə nömrəsi ilə bağlantı qura bilərsiniz.

Haqqımızda

ForGamer club 2019-cu ildən indiyənədək müştərilərin xidmətindədir.

Üstünlüklərimiz

Clubumuz yüksək parametrli kompüter və oyun performansınızı artıran aksessuarlarla təchiz olunmuşdur.

  • No Update Bizdə oyunları saatlarla update etməyə gərək yoxdur. Clubun bütün kompüterlərində oyunlar tam yenilənmiş vəziyyətdə olur. Play clicklə keyfinə bax 😎
  • Packet Loss 0% Bəli düz oxudunuz bizdə internet paketləri kəsintisizdir
  • Static Ping Packet loss 0% olduğuna görə siz qalxıb-düşən ping yox sabit pingdə oyundan ləzzət alacaqsız. Yan masada digər müştərinin internet istifadəsinin sizə heç bir təsiri olmur.
  • FPS Drop Bir-birini uyğun formada tamamlayan kompüter hissələri və kəsintisiz sağlam internet xətti sizə fps drop problemləri yaratmır.
Filiallarımız
Ünvan: Yasamal, Zahid Xəlilov 113
Ünvan: Narimanov, Faiq Yusifov 81
E-mail: info@forgamer.az
VÖEN: 1005724052